• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb
17.11.2023 10:33
Qəzza zolağında ölən fələstinlilərin sayı 11 min 470 nəfərə çatıb. Bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"Fələstin anklavının səhiyyə sisteminin dağılması səbəbindən bir neçə gündür ki, bu barədə məlumat yenilənmirdi", - məlumatda bildirilib.

İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1 200 nəfərdən çox olduğunu bildirib.

İsrail ordusu okktyabrın 31-dən bu yana Qəzzada ölən İsrail əsgərlərinin sayı 51-ə yüksəldiyini açıqlayıb.

"Qəzzanın şimalında baş verən qarşıdurmalarda daha bir əsgər həlak olub, iki İsrail əsgəri ağır yaralanıb" , - açıqlamada bildirilib.

Fələstinli Məhbuslar Dərnəyi və Fələstinli Əsirlər və Azad Edilənlər Təşkilatının bəyanatına görə, İsrail ordusu və mülki yəhudi işğalçılarının son 40 gündə 197 fələstinlini qətlə yetirib, İordan çayının qərb sahili və Qüdsdə 2735 nəfəri saxlayıb.
 
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfər ölüb.

Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.

Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəldiyini deyib.

Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Aygün Mirakif

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol