• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Merkellə razılığa gəlib

Putin Merkellə razılığa gəlib
03.03.2014 09:36
Rusiya prezidenti Vladimir Putin Alamniya kansleri ilə Krım barəsində razılığa gəlib.ANS PRESS-in məlumatına görə, Putin Merkellə telefon danışığı zamanı Krımda vəziyyəti araşdırmaq üçün ATƏT-in himayəsi altında qrup yaratmaq təklifi ilə razılaşıb.Almaniya hökumət nümayəndəsi Georq Ştrayterin sözlərinə görə, Putin Krımda vəziyyətin həlli ilə bağlı yaranmış siyasi dialoqa başlamağa razılıq verib. Qrupun necə fəaliyyət göstərəcəyi və nə vaxt öz işinə başlayacağı haqqında məlumat verilmir.Söhbət zamanı Merkel Putini Ukraynada, xüsusilə "yolverilməz müdaxilə" həyata keçirilməsi vasitəsilə beynəlxalq müqavilələrin pozulmasında günahlandırıb. Kansler eyni zamanda Rusiya prezidentini Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.Putinlə Merkel arasında telefon danışığı martın 2-də, axşam saatlarında baş tutub. Rusiya prezidenti yaranmış "qeyri-adi vəziyyətlə" Rusiya tərəfindən görülən tədbirləri adekvat qiymətləndirib. Martın 1-də Putin Federasiya Şurasının icazəsi ilə Ukraynadakı Rusiya vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Ukraynaya qoşun yeridib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol