• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ sanksiyaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edəcək

Aİ sanksiyaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edəcək
12.12.2023 23:27
Avropa Komissiyası, Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti icmanın sanksiyalarının pozulmasına görə cinayət məsuliyyətinin tətbiqi üzrə direktiv üzərində razılığa gəliblər.

Bu barədə "X” sosial şəbəkəsində İspaniyanın Aİ Şurasına sədrliyi məlumat yayıb.

Onun sözlərinə görə, Aİ-nin restriksiyalarının pozulmasına görə cinayət məsuliyyəti və sanksiyalar tətbiq edən direktiv üzrə danışıqlar başa çatıb.

"Direktiv Aİ sanksiyalarını pozan və ya ondan yayınanların məsuliyyətə cəlb olunmasına zəmanət verir”, – deyə paylaşımda qeyd olunub.

İndi bu təşəbbüsün qüvvəyə minməsi üçün onun rəsmi tam mətni Avropa Komissiyası tərəfindən Aİ Şurasına və Avropa Parlamentinə təqdim edilməli və bu strukturlar tərəfindən rəsmən təsdiqlənməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol