• $
  • €
  • ₽
  • ₺
  • £

Avrokomissiya “X” sosial şəbəkəsi ilə bağlı araşdırmaya başladı

Avrokomissiya “X” sosial şəbəkəsi ilə bağlı araşdırmaya başladı
18.12.2023 22:39
Avropa Komissiyası "X” sosial şəbəkəsinə (keçmiş Twitter) qarşı qeyri-leqal məzmunun silinməsi, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa normalarının pozulması ittihamı ilə bağlı rəsmi araşdırmaya başlayıb.

Bu barədə qurumun daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton "X” sosial şəbəkəsində məlumat verib.

"Bu gün biz "X” şəbəkəsi əleyhinə pozuntuların aradan qaldırılması üzrə rəsmi prosedurları işə salmışıq. Şübhə yaradan məsələlər qeyri-leqal məzmunun və dezinformasiyanın silinməsi, şəffaflıqla bağlı öhdəliklərin pozulması, istifadəçilərdə çaşqınlıq yaradan istifadəçi interfeysinin işlənib hazırlanması ilə əlaqədardır”, - Breton yazıb.

Bu, xüsusi olaraq messencerlərin və sosial şəbəkələrin məzmununu tənzimləyən Avropa Rəqəmsal Xidmətlər Aktı çərçivəsində həyata keçirilən ilk araşdırmadır. Aktın normalarına əsasən, "X” sosial şəbəkəsi ümumi mənfəətinin 6 faizi məbləğində cərimələnə bilər.
 
Platforma Avropa Komissiyasının tələblərini yerinə yetirməkdən imtina edərsə, onun Avropa İttifaqı (Aİ) ölkələrində bloklanması qaçılmaz olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol