• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb
12.01.2024 11:43
ABŞ-nin Ukraynaya hərbi yardımı dayanıb. Bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi bildirib.

"Göstərdiyimiz yardım hazırda dayandırılıb”, – Con Kirbi brifinqdə vurğulayıb.

2023-cü ilidekabrın sonundan ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketi ayırıb.
 
2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib.
 
Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar amerikan sərhədlərin mühafizəsinə daha çox maliyyə tələb edirlər.
 
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
 
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.

Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol