• $
  • €
  • ₽
  • ₺
  • £

Yəməndə kütləvi nümayişlər başlayıb

Yəməndə kütləvi nümayişlər başlayıb
12.01.2024 21:24

Üsyançı "Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin bir neçə şəhərində bu gün axşam saatlarında kütləvi nümayişlər başlayıb.

Husilərə məxsus "Əl Məsirə” telekanalının məlumatına görə, on minlərlə insan İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara, həmçinin ABŞ və müttəfiqlərinin bölgədəki siyasətlərinə etiraz edib.
Bildirilir ki, nümayişlər Səada, Həccə, Hodeyda, Əl-Dəli və Əl-Cəvf əyalətlərinin inzibati mərkəzlərində və böyük şəhərlərində keçirilir.

"Ənsar Allah”ın siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi Sənada nümayişçilərə müraciət edərək, ABŞ və İngiltərənin Yəmən ərazisinə endirdiyi zərbələri terror adlandırıb:
"Biz amerikalılara və ingilislərə deyirik: ölkələrinizə qayıdın. Bu gün siz bəşəriyyətə qarşı cinayətlər edirsiniz və sülh tərəfdarı olan hər kəsi öldürürsünüz”.

Bu gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin üsyançı hərəkatı "Ənsar Allah”ın (husilər) hədəflərinə hücum edib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol