Şəhid ailələri üçün nəqliyyat güzəşti

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin təşəbbüsü ilə ölkədə şəhid ailələrinin üzvləri, əlillər və ahıllar şəhərdaxili və şəhərlərarası avtobuslardan pulsuz istifadə edəcəklər. Müvafiq sistem artıq hazırlanıb.Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazır.
Məlumata əsəsən, şəhid ailələrinin üzvləri, əlillər və ahıllar şəhərdaxili bütün nəqliyyat vasitələrindən, şəhərlərarası isə dəmiryol və dəniz nəqliyyatından pulsuz istifadə edəcəklər.
Qəzetin məlumatına görə, bunun üçün yaxın günlərdə xüsusi kartların əhliyə pulsuz paylanacağı gözlənilir.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















