• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Araz çayı üzərində bəndin tikilməsini Türkiyə ilə razılaşdıracaq

Ermənistan Araz çayı üzərində bəndin tikilməsini Türkiyə ilə razılaşdıracaq
13.01.2024 12:41

Araz çayının əvvəlki məcrasına qaytarılması üçün bənd tikilməsi layihəsi lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq.
 
"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirib.

"Hazırda layihə sənədlərinin kordinasiyası üçün Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə danışıqlar aparılır və zərurət yaranarsa Türkiyə tərəfi ilə də müzakirələr aparılacaq. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq", - məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.
Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün çayın hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol