• $
  • €
  • ₽
  • ₺
  • £

İran və Pakistan XİN başçıları bölgədəki son gərginliyi müzakirə ediblər

İran və Pakistan XİN başçıları bölgədəki son gərginliyi müzakirə ediblər
17.01.2024 19:15
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefonla danışıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, bildirib ki, "Ceyş əl-Ədl" kimi tanınan hərəkat hər iki ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşmasıdır: "İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfindən dəfələrlə təhdid edilib və bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. İran silahlı qüvvələrinin dünənki antiterror əməliyyatı bu terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.
 
Pakistanın xarici işlər naziri isə qeyd edib ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və nə vaxt Pakistanda İrana qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib: "İran Pakistana Pakistandakı terror qrupları haqqında məlumat verməlidir".
Nazir vurğulayıb ki, İslamabad Pakistandakı terror qruplaşmalarına qarşı mübarizənin Pakistan qüvvələri tərəfindən aparılacağını gözləyir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol