• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada internet kəsilib

Rusiyada internet kəsilib
30.01.2024 21:31
Rusiyada "ru" domen zonasının fəaliyyətində nasazlıq yaranıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, ümumilikdə ölkədə internetin fəaliyyətində də kəsilmələr müşahidə olunur.

"Ru" domen zonasında "Yandex”, "Zen”, "Avito”, Wildberries, "Odnoklassniki” və digər saytların fəaliyyəti ilə bağlı şikayətlər daxil olur.

Kəsilmələr Moskva vaxtı ilə 19:30 radələrində başlayıb.
Mobil provayederlər hələlik kəsilmələri şərh etməyiblər.

Ən çox şikayətlər Moskva şəhəri və Moskva vilayətinin sakinlərindən gəlir. Rusiyanın digər bölgələrindən - Sankt-Peterburq, Sverdlovsk vilayəti, Novosibirsk vilayəti, Tatarıstan Respublikası, Uzaq Şərq regionundan da internetin fəaliyyəti ilə bağlı şikayətlər daxil olub.

"RU/.РФ" domenləri üzrə koordinasiya mərkəzindən bildirilib ki, "Runet"in çökməsinə səbəb olan problemin aradan qaldırılması üzərində iş gedir.

"Biz texniki problem üzərində işləyirik, mən indi danışa bilmərəm”, – deyə Domenlərin Koordinasiya Mərkəzinin direktoru Andrey Vorobyev bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol