• $
  • €
  • ₽
  • ₺
  • £

İran qaz kəmərində partlayışa görə İsraili günahlandırıb

İran qaz kəmərində partlayışa görə İsraili günahlandırıb
21.02.2024 17:53
İran magistral neft kəmərində baş verən təxribata görə İsraili günahlandırıb. Bu barədə Tasnim agentliyi ölkənin neft naziri  Cavad Oudciyə istinadan yazıb. 

Oudji qaz kəməri ilə bağlı insidentin səbəbini "İsrail sui-qəsdi” adlandırıb.
 
"Partlayış nəticəsində borunun bir neçə qolu zədələnib, lakin hücum edənlər konstruksiyanı tamamilə sıradan çıxara bilməyiblər", - o bildirib. 
 
Fevralın 14-də İranın Borujen şəhərində  magistral qaz kəmərində partlayış baş verib . Borujen şəhərinin meri Fəth Kərəmi bildirib ki, kəmərlə qaz təchizatı dayandırılıb və boruda qalan qaz həcmi tamamilə yanana qədər yanğın söndürüləcək.

Daha sonra "New York Times” adı açıqlanmayan iki Qərb rəsmisinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın hərbi nəzəriyyəçiyə istinadən yazıb ki, partlayışların arxasında İsrail ola bilər. Qərb rəsmilərindən biri nəşrə bildirib ki, zərbələr simvolik xarakter daşıyır və İrana yəhudi dövlətinin imkanlarını göstərmək məqsədi daşıyır.
 
Gülnar 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol