• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan Aİ-nin Ukrayna ilə bağlı birgə bəyanatının imzalanmasına veto qoyub – Bloomberg

Macarıstan Aİ-nin Ukrayna ilə bağlı birgə bəyanatının imzalanmasına veto qoyub – Bloomberg
24.02.2024 09:38
Macarıstan Rusiyanın Ukraynada müharibəyə başlamasının iki ili münasibətilə Avropa İttifaqına üzv ölkələrin birgə bəyanat imzalamasına veto qoyub.

Bu barədə "Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir bəyanatın fevralın 23-də açıqlanacağı gözlənilirdi, lakin Macarıstanın veto qoyması səbəbindən bu baş vermədi:

"Bu səbəbdən Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin prezidentləri Ursula fon der Lyayen, Şarl Mişel və Roberta Metsola birgə bəyanat dərc ediblər”.

Macarıstanın vetoya əl atmasının səbəbləri hələ də aydın deyil. Bloomberg-in mənbəsi həmçinin NATO üzvü olmayan Aİ üzvünün də bəyanatın bəzi hissələrinə şübhə etdiyini bildirib.

Macarıstan Ukraynadakı münaqişə ilə bağlı Avropa İttifaqında xüsusi mövqe tutur. O, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir, eyni zamanda rusdilli əhalinin hüquqlarının müdafiəsini müdafiə edir. Budapeşt Rusiya Federasiyasına qarşı sanksiyalardan iqtisadi itkilərini minimuma endirməyə çalışır və münaqişənin diplomatik yolla həllini müdafiə edərək Moskva ilə dialoqu davam etdirir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol