• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Navalnının ölümü ilə bağlı xatirə aksiyaları keçirilib,saxlanılanlar var

Rusiyada Navalnının ölümü ilə bağlı xatirə aksiyaları keçirilib,saxlanılanlar var
24.02.2024 19:09
Rusiyanın müxtəlif şəhərlərinin sakinləri Aleksey Navalnının koloniyada ölümündən sonra doqquzuncu gün anım mitinqlərində və piketlərdə iştirak ediblər.

Bu barədə "OVD-İnfo” məlumat yayıb.

Moskvada polis "Matən divarı”na ("Stena skorbi”) gül dəstəsi qoyan və "Bunun son olduğunu düşünmə” yazılı kağız qoyan 64 yaşlı Sergey Karabatovu saxlayıb. Onun barəsində kütləvi tədbirin qaydalarını pozan təşkilatçı maddə ilə protokol tərtib edilib.

Ufada Alina Xannanova siyasi repressiya qurbanlarının abidəsi önünə gül dəstələri qoyarkən saxlanılıb. Onu cinayət işi ilə hədələyib, "sən gül qoya bilməzsən” deyib, protokolsuz buraxıblar. Həmçinin Ufada Aida Nuriyeva tək piketə çıxan və "Putin Navalnının qatilidir! Meyitin təhvil verilməsini tələb edirəm!” lövhəsi ilə çıxış edən Aida Nuriyeva saxlanılıb.

Kazanda Kseniya Urazaeva siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanından qərənfil buketi ilə keçən zaman saxlanılıb. Kurskda Natalya Bobrova siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri və Navalnının portretini qoyarkən qoyarkən saxlanılıb, protokol olmadan sərbəst buraxılıb.

Sankt-Peterburqda Navalnının xatirəsinə tək piketə çıxan Aleksandr Xvorov saxlanılıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol