• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstan Ermənistanın Avropaya inteqrasiyasına kömək edəcək

Yunanıstan Ermənistanın Avropaya inteqrasiyasına kömək edəcək
27.02.2024 16:47
Yunanıstan rəsmi İrəvanın Qərbə yönəlməsini dəstəkləyir, Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edir, ikitərəfli investisiyaları inkişaf etdirmək, ticarəti genişləndirmək, erməniləri Yunanıstan müəssisələrində işləməyə dəvət etmək niyyətindədir. Bunu Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşdən sonra Yunanıstanın baş naziri Kiryakos Mitsotakis deyib. Onun açıqlamalarını Yunanıstanın ERT-news telekanalı yayıb.

Mitsotakis vurğulayıb ki, iki ölkə arasında bir neçə əsrdir davam edən yaxşı münasibətlər var.
 
"Onlar bizim üz-üzə qaldığımız ümumi problemlər qarşısında daha da məhsuldar ola bilərlər, xüsusən indi Ermənistan Avropa İttifaqının köməyi ilə sərmayələri cəlb edəcək sabit və şəffaf strukturlar əldə edir”, - Yunanıstanın baş naziri bildirib.

O, bərpa olunan enerji mənbələri və müasir texnologiyalar kimi sahələrdə ikitərəfli əməkdaşlığa dair daha sonra müzakirələrin davam etdirilməsi imkanının olacağını bildirib.

"Bu qarşılıqlı fəaliyyət getdikcə güclənir və bu kontekstdə artıq Yunanıstanın investisiya və xarici ticarət şirkəti Enterprise Greece ilə Enterprise Armenia arasında əməkdaşlıq memorandumu imzalanıb. Biz həmçinin müdafiə sektorunda əməkdaşlığı həyata keçiririk, xüsusi saziş imzalayıb. 2023-cü ilin dekabrında və Baş nazirlə ticarət əlaqələrimizi necə gücləndirə biləcəyimizi müzakirə edirik.Bizim mövqelərimizin burada da üst-üstə düşdüyünü aşkar edərək daha geniş regionumuzdakı hadisələri müzakirə etdik.Hörmətli Nikol ( Ermənistanın baş naziri Paşinyan) bir çox cəhətdən gələcəyi, ölkənizin gələcək illər üçün kursunu formalaşdıracaq”, - Yunanıstanın baş naziri bildirib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol