• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə neft terminalı Rusiyadan yükləri qəbul etməkdən imtina edib

Türkiyə neft terminalı Rusiyadan yükləri qəbul etməkdən imtina edib
06.03.2024 21:48
Türkiyənin Aralıq dənizindəki orta ölçülü neft terminallarından biri olan Dortiol Terminalı keçən il rekord idxaldan sonra Rusiya neft yüklərini qəbul etməyəcək. Reuters xəbər verir ki, bu qərar ABŞ-ın artan sanksiya təzyiqi ilə əlaqədardır.

Türkiyənin cənub-şərqindəki Hatay vilayətində terminal operatoru olan Global Terminal Services (GTS) müştərilərinə heç bir Rusiya məhsulunu qəbul etməyəcəyini bildirdiyini bildirib.

"GTS Rusiya nefti ilə bütün mümkün əlaqələri dayandırmaq qərarına gəlib və müvafiq olaraq 2024-cü ilin fevralın sonunda müştərilərə xəbərdarlıq edib ki, qanunları, qaydaları və ya sanksiyaları pozmasa belə, Rusiya mənşəli məhsulları və ya Rusiya limanlarından göndərilən yükləri qəbul etməyəcək”, – şirkətdən nəşrə bildiriblər.

Onun sözlərinə görə, bütün əvvəlki əməliyyatlar mövcud sanksiyalara, o cümlədən G7-nin Rusiya neftinin qiymət tavanına tam uyğun olub. GTS əlavə edib ki, yeni yanaşma "bütün tətbiq olunan sanksiyalara riayət etmək səylərinə baxmayaraq, şirkətin nəzarətindən kənar fəaliyyətlərin təsirlərini aradan qaldırmaq üçün” əlavə tədbir olacaq.

Agentlik yazır ki, ABŞ-ın Rusiya ilə iş aparan maliyyə firmalarına sanksiyalar tətbiq etmək hədəsi artıq Türkiyə-Rusiya ticarətini soyudub və həm idxal olunan neft, həm də Türkiyə ixracı üçün bəzi ödənişləri dayandırıb.

Kpler-ə görə, Dortiol terminalı 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti və yanacağı qəbul edərək Türkiyənin 7-ci ən böyük idxal terminalı olub. Onun Rusiyadan idxalı 2021-ci illə müqayisədə təxminən 7 dəfə artıb.
 
Gülnar

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol