• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın 50 ən “ağıllı” şirkəti

Dünyanın 50 ən “ağıllı” şirkəti
29.05.2020 03:39
Massaçusets Texnologiya İnstitutu (MTİ) dünyanın 50 ən qabaqcıl şirkətinin illik reytinqinə "Apple" şirkətini daxil etməyib. Sözügedən reytinq təhsil müəssisəsinin rəsmi bloqunda dərc edilib. "ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, 2012-ci ildə "Apple" şirkəti "iPhone 4s" smartfonunda "Siri" səs köməkçisinin yaradılmasına, 2013-cü ildə isə planşet və noutbuklar üçün "Retina" ekranların buraxılışına görə reytinqə daxil edilmişdi. 2014-cü ildə reytinqdə insanın geninin tədqiqatı ilə məşğul olan "Illumina" şirkəti liderdir. İkinci yerdə kütləvi elektrik avtomobili yaratmağa müvəffəq olan "Tesla Motors" şirkəti qərarlaşıb. Üçüncü və dördüncü yerləri müvafiq olaraq "Google" və "Samsung" şirkətləri bölüşdürürlər.MTİ ekspertlərinin fikrincə, axtarış nəhəngi artıq yalnız reklam satıcısı olmaqdan çıxıb.  Koreya istehsalçısı isə smartfon bazarının lideri kimi öz mövqeyini daha da möhkəmləndirib. 2014-cü ildə  MTİ məlumatların "bulud"da saxlanılması xidmətlərinə xüsusi diqqət ayırıb. Bu sahədəki xidmətlərinə görə "Dropbox" şirkəti altıncı yerdə qərarlaşıb. 10-cu yerdə elektron ticarətin imkanlarından gözləntiləri doğrultmuş "Amazon" şirkəti qərarlaşıb, avtomatik silinən mesajlardan ibarət "Snapchat" messenceri isə 12-ci olub. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol