• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynalı mer: "Qan tökülməsinin qarşısını alacaq lider yoxdur"

Ukraynalı mer: "Qan tökülməsinin qarşısını alacaq lider yoxdur"
21.02.2014 15:51
"Beynəlxalq aləm Avropanın mərkəzində Suriya hadisələrinin təkrarlanmasına yol verməməlidir"Bu barədə APA TV-yə açıqlamasında Ukraynanın qərbində yerləşən Rava-Russkaya şəhərinin meri İrina Vereşuk deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, siyasətçilər sözün yaxşı mənasında bu vəziyyətə müdaxilə etməlidir: "Ukraynada vəziyyət çox pisdir. Dinc insanlara güllə atırlar. Fövqəladə vəziyyət elan edirlər. Bu, bizim üçün çox pisdir. Mən Avropa İttifaqı-Polşa ilə sərhəddə yerləşən şəhərin meriyəm. Onlar da çox narahatdırlar. Çünki hər yer yanır. İndi elə bir vəziyyətdir ki, bunun radikallar, milliyyətçilər, yoxsa hökumət qüvvələri tərəfindən edildiyi bilinmir". Ukraynalı merin sözlərinə görə, insanlar sadəcə hüquqları və Avrointeqrasiya maraqları üçün küçələrə çıxıblar: "Bu gün səhər mənə zəng elədilər və hökumətin danışıqlara razı olduğunu bildirdilər. Ancaq indi belə bir məsələ var, artıq müxalifət Maydana və əlinə silah alan insanlara təsir edə bilmir. Yəni danışıqlara gedəcək tərəf yoxdur. Qan tökülməsinin qarşısını ala biləcək lider yoxdur". İrina Vereşukun sözlərinə görə, insanlar elə bir vəziyyətə gətiriliblər ki, onlar yalın əllə polisə hücum edirlər. O, bütün bu hadisələrə beynəlxalq ictimaiyyətin müdaxiləsinin vacibliyini bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol