• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzza zolağında tibb mərkəzlərinin yalnız üçdə biri fəaliyyət göstərir - BMT

Qəzza zolağında tibb mərkəzlərinin yalnız üçdə biri fəaliyyət göstərir - BMT
20.03.2024 15:54

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sağlamlıq mərkəzlərinin üçdə biri Qəzza zolağında fəaliyyətini davam etdirir.Bu barədə təşkilatın X (keçmiş Twitter) səhifəsində dərc edilən paylaşımda deyilir.

"UNRWA Qəzza zolağında 24 sağlamlıq mərkəzindən 8-də işləməyə davam edir”, təşkilatın paylaşımında deyilir.

Agentlik qeyd edib ki, bu ayın əvvəlində Fələstin anklavında 155 tibb müəssisəsi və 32 xəstəxana sıradan çıxarılıb, 53 tibb mərkəzi döyüşlər səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırmağa məcbur olub.

Martın 20-nə olan məlumata görə, humanitar yardım daşıyan 159 yük maşını Qəzza zolağına daxil olub. Agentlik qeyd edib ki, bu həcmlər 1,1 milyona qədər insanın ərzaq çatışmazlığı ilə üzləşdiyi anklav əhalisinin əsas tələbatını ödəməyə imkan vermir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol