• $
  • €
  • ₽
  • ₺
  • £

"Krokus"da terror edənlərin sifarişçiləri tapılacaq - Putin

"Krokus"da terror edənlərin sifarişçiləri tapılacaq - Putin
02.04.2024 16:47
Rusiya "Krokus”da terror aktının sifarişini verənləri tapacaq. Bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib.

"Bizim üçün təkcə birbaşa günahkarları deyil, həm də bu cinayətin bütün halqalarını, son cinayət benefisiarları zəncirini müəyyən etmək vacibdir. Biz onlari mütləq tapacağıq”, - "Kommersant” Rusiya liderinə istinadən bildirib. 

Putinin sözlərinə görə, "Krokus”da terror aktını sifariş edənlər nifaq salmaqla Rusiyanı parçalamaq istəyiblər və baş verənlərdən ölkədə milli və digər nifaq salmaq üçün istifadə etməyə icazə verilməməlidir.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, terror aktı ilə bağlı vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkar olmalıdır.
 
"Biz çox böyük itki vermişik”, - Putin deyib.
 
Onun sözlərinə görə, hazırda "Krokus Siti”yə cavabdeh olan bütün hüquq-mühafizə, nəzarət, nəzarət xidmətləri və kommersiya təşkilatlarının fəaliyyəti hərtərəfli araşdırılır.
 
O, söyləyib  ki, ölkənin adət-ənənələrinə hörmət edənlər Rusiyaya gəlməlidir.

"Yalnız bizim adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə və tariximizə hörmət edənlər Rusiyada yaşayıb işləyə bilər", - Putin deyib. 

Prezident qanunsuz miqrasiyanın qarşısının alınmasını Daxili İşlər Nazirliyinin prioritet vəzifələrindən biri adlandırıb. Eyni zamanda Putin vurğulayıb ki, "Krokus”da baş verən terror aktı fonunda cəmiyyətdə ksenofobiyanın və islamofobiyanın artmasının qarşısını almaq lazımdır.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol