• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Gürcüstana xəbərdarlıq edib

Aİ Gürcüstana xəbərdarlıq edib
04.04.2024 18:43
Gürcüstanda hakim partiyanın "Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur.Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: "2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir”.

Qurum bildirib ki, Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib:

"Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol