• $
  • €
  • ₽
  • ₺
  • £

Berlində texnologiya şirkətində yanğın olub, zəhərli qazların yayılması ilə bağlı xəbərdarlıq edilib

Berlində texnologiya şirkətində yanğın olub, zəhərli qazların yayılması ilə bağlı xəbərdarlıq edilib
03.05.2024 20:19
Berlinin Lixterfelde rayonundakı texnologiya şirkətinin "​Diehl” zavodunda yanğın baş verib.Bu barədə "Der Spiegel” məlumat yayıb.

Şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Ventzel bildirib ki, hazırda müəssisənin dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi dağılıb.

"Binada yanan kimyəvi maddələr də var. Orada sulfat turşusu və mis sianid saxlanılırdı. Hidrogen sianidin əmələ gəlməsi və tüstü ilə birlikdə havaya qalxması riski var. Hadisə yerində 180 yanğınsöndürən işləyir, onlar hidrosian turşusunun əmələ gəlməsinin qarşısını almaq üçün yalnız köpükdən istifadə etməklə yanğını kənardan söndürə bilirlər ”.

Yanğınsöndürmə xidməti zəhərli tüstünün şəhərin şimal hissəsinə doğru yayılması təhlükəsi barədə xəbərdarlıq edib. Berlin sakinlərindən çölə çıxmamaları, pəncərə və qapılarını bağlı saxlamaları xahiş olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib
Dünya 23:53
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib
Ukrayna “Starshield” sisteminə qoyulan məhdudiyyətlərin yeddi gündür qüvvədə olduğunu açıqlayıb
Dünya 22:34
Ukrayna “Starshield” sisteminə qoyulan məhdudiyyətlərin yeddi gündür qüvvədə olduğunu açıqlayıb
Kiyev vilayətində qumbara partlaması nəticəsində 4 nəfər ölüb
Dünya 21:11
Kiyev vilayətində qumbara partlaması nəticəsində 4 nəfər ölüb
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Dünya 20:14
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
Dünya 20:07
Tramp Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
İraq və İordaniyada Telegram-a giriş bloklanıb
Dünya 18:01
İraq və İordaniyada Telegram-a giriş bloklanıb
Aİ Ukraynaya 8 milyard avro ayrılmasını təsdiqləyib
Dünya 16:17
Aİ Ukraynaya 8 milyard avro ayrılmasını təsdiqləyib
Bu ölkə təxribata görə Rusiya ilə sərhədini bağlayır
Dünya 12:13
Bu ölkə təxribata görə Rusiya ilə sərhədini bağlayır
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Siyasət 11:21
Rusiya Gürcüstanın yeni xüsusi nümayəndəsi ilə əlaqə qurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol