Qız nişanlısını spirtli içkiyə görə bıçaqladı

Amerikalı bir nəfər nişanlısı tərəfindən bıçaqlanıb. Sən demə, o, qadını mağazaya spirtli içki almağa aparmadığı üçün qəzəbə tuş gəlib.
ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, spirtli içkiyə görə ailə mübahisəsi Florida ştatındakı Fort-Pirs şəhərində baş verib. Qarnından bıçaq zərbəsi alan Sedrik Henri xəstəxanaya çatdırılıb. Onun nişanlısına isə bədənə ağır xəsarət yeritmək maddəsiylə cinayət işi açılıb.
Melissa Bop adlı qadın Henrini körpə uşağının gözləri qarşısında bıçaqlayıb. Zərərçəkmişin nənəsi bildirib ki, cütlük bir həftədən sonra evlənməli idi.
Yanvar ayında Floridada buna bənzər hadisə baş vermişdi. Bir qadın yataqda onu qucaqlamaqdan imtina edən sevgilisini döymüşdü.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















