• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvana sığınan ailə Ermənistanda yaşamaq istəmir

İrəvana sığınan ailə Ermənistanda yaşamaq istəmir
12.02.2014 17:45
Ermənistandan siyasi sığınacaq istəyən azərbaycanlı ailə ilə bağli yeni xəbər yayılıb. İsveç-Azərbaycan Ticarət Təşkilatinin sədri Elxan Həsənli ANS PRESS-ə bildirib ki, ailə yaşamaq üçün getmək istədiyi üçüncü ölkə kimi İsveçrəni seçib.“Bu ailə nə Azərbaycanda, nə də Ermənistanda yaşamaq istəmir. Ermənistan Miqrasiya Agentliyi ilə söhbətlərində onlar İsveçrədə yaşamaq istədiklərini bildiriblər. Bu barədə İsveçrənin Ermənistandakı səfirliyinə məlumat verilib. Məlumat səfirlikdən İsveçrə Xariji İşlər Nazirliyinə, ordan da miqrasiya qurumuna ötürülüb”,- deyə Elxan Həsənli vurğulayıb. Onun sözlərinə görə, Cavid Orucovun ailəsinin İsveçrəyə gəlişi də elə asan başa gələn iş deyil. “Bu, 5-10 dəqiqənin içində başa gələn deyil. İsveçrəyə mühacirət üzrə hər ölkəyə kvota müəyyən edilib. İndi Azərbaycan üçün kvotanın olub-olmaması araşdırılır”,- deyə Elxan Həsənli bildirib. Qeyd edək ki, 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol