• $
  • €
  • ₽
  • ₺
  • £

Tehranda onlarla islahatçı həbs edilib

Tehranda onlarla islahatçı həbs edilib
29.05.2020 02:46
 Ötən gün Tehranda İran İslam inqilabının qələbə çalmasının 35-ci ildönümü ilə bağlı keçirilmiş yürüş zamanı ölkənin islahatçılar düşərgəsinə yaxın bir sıra siyasi fəallar həbs edilib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxslər ölkə prezidenti Həsən Ruhani və sabiq dövlət başçısı Məhəmməd Xatəminin dəvəti ilə mərasimə qatılıblar. Ancaq “Tövhid” metro stansiyasının yaxınlığında İran nizam-intizam qüvvələri (polis) tərəfindən həbs edilərək bölməyə aparılıblar. Buna səbəb onların əllərində “Gənc islahatçılar” başlığı altında indiki prezident H.Ruhani və keçmiş dövlət başçıları Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin plakatlarını tutmalarıdır. Artıq tutulanlardan bəziləri sonradan azad ediliblər. Lakin digərlərinin taleyi ilə bağlı heç bir xəbər yoxdur. Onların arasında İşçi Partiyası Tələbələr Təşkilatının üzvləri Mehdi Cəfəri və Mehdi Münəzzəmi, həmçinin İslam İnqilabının Mücahidləri Təşkilatının üzvlərindən biri olan Hənzələ Hidayəti də var. Ümumilikdə 20-yə yaxın gəncin həbs edildiyi bildirilir. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol