• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyəyə xəbərdarlıq edib

ABŞ Türkiyəyə xəbərdarlıq edib
07.08.2024 15:56
Əgər Ankara sanksiya altında olan məhsulların Rusiyaya ixracını davam etdirərsə, Türkiyə Vaşinqtonun əks tədbirləri ilə üzləşməli olacaq. Bunu ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod Financial Times-a bildirib.

"Bizə lazımdır ki, Türkiyə ABŞ texnologiyasının Rusiyaya qeyri-qanuni transferini dayandırsın. Bizə Türkiyə rəsmiləri və sənayesi tərəfindən bu istiqamətdə təcili irəliləyiş lazımdır. Əks halda bizim ixraca nəzarət qaydalarımızı pozanlara qarşı tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq", - Akselrod vurğulayıb. 

Nəşr xatırladır ki, Akselrod bu yaxınlarda İstanbul və Ankarada türk rəsmiləri ilə bu məsələ ilə bağlı danışıqlar aparıb.

FT-nin məlumatına görə, Türkiyə ilə Rusiya arasında ticarət əlaqələri səbəbindən ABŞ daha əvvəl 18 türk şirkətini xüsusi siyahıya əlavə edib.
 
ABŞ firmalarından bu şirkətlərə bir sıra malların satışı üçün xüsusi lisenziyalar tələb olunur. Həmçinin, Amerika administrasiyası Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək ittihamı ilə dəfələrlə türk şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Dünya 23:55
Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol