• $
  • €
  • ₽
  • ₺
  • £

Metropoliten bələdçisinin ölümü ilə bağlı cinayət işinin maddəsi dəyişdirildi

Metropoliten bələdçisinin ölümü ilə bağlı cinayət işinin maddəsi dəyişdirildi
06.02.2014 17:30
Beş ay əvvəl Bakıda faciəli şəkildə dünyasını dəyişən Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.Bu barədə APA-ya Suraxanı Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, hadisə baş verəndən dərhal sonra Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) maddəsi ilə cinayət işi başlansa da, bir neçə gün əvvəl iş polisdən alınaraq prokurorluğa verilib və həmin maddə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, məlum hadisə ötən ilin avqustun 30-da Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi «BMW X-5″ markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb. Qəza baş verən zaman G. Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub. Nişanlısı ilə dava edən G. Məmmədova onun maşınından düşərək yolu keçmək istəyərkən avtomobil vurması nəticəsində ölüb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol