• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı “Apple”a “iPhone”la bağlı xəbərdarlıq edib

Avropa İttifaqı “Apple”a “iPhone”la bağlı xəbərdarlıq edib
19.09.2024 23:00
Avropa İttifaqı (Aİ) ABŞ-nin tenonəhəngi "Apple Inc.”ə xəbərdarlıq edib ki, şirkət öz "iPhone” və "iPad” əməliyyat sistemlərini rəqib texnologiyalara açmalıdır, əks halda rəqəmsal antitrest qaydalarına görə gələcəkdə ciddi cərimələr riski ilə üzləşə bilər.Bu barədə Bloomberg xəbər verir.

Aİ-nin Rəqəmsal Bazarlar Aktı (DMA- Digital Markets Act) çərçivəsində nəzarət orqanları "Apple”ın əməliyyat sistemlərini digər texnologiyalarla tam işlək vəziyyətə gətirmək üçün yeni qanunlara uyğun hərəkət etməsini tələb edib. Brüssel mərkəzli orqan şirkətə buna əməl etmək üçün altı ay vaxt verib, əks halda gələcəkdə cərimələrlə üzləşəcəyi xəbərdarlığını edib.

Bu açıqlama hələlik rəsmi istintaq kimi qiymətləndirilməsə də, Aİ-nin məqsədi "Apple”ı "iPhone” və "iPad” əməliyyat sistemlərinə rəqib şirkətlərin daxil olmasına imkan verən dəyişikliklər etməyə məcbur etməkdir.

"Bu gün biz DMA-nın müddəalarını ilk dəfə tətbiq edərək "Apple”ı qarşılıqlı əlaqə tələblərinə əməl etməyə yönəldirik,” deyə Aİ-nin rəqabət üzrə rəhbəri Marqret Vestaqer bildirib. "Əməliyyat sistemləri kimi texnologiyalarla effektiv qarşılıqlı əlaqə böyük əhəmiyyət daşıyır.”

Kaliforniyanın Kupertino şəhərində yerləşən "Apple” isə bildirib ki, devloperlər üçün "iPhone” və "iPad” əməliyyat sistemləri ilə əlavə qarşılıqlı əlaqə tələbləri yaratmağın yollarını təmin edib, lakin sistemlərdə quraşdırılmış təhlükəsizlik tədbirlərini zəiflətməyin Avropa istehlakçıları üçün risk yarada biləcəyini əlavə edib.

"Apple”ın səhmləri bazar öncəsi (pre-market) ticarətdə 1.6% artaraq 224.25 dollara yüksəlib.
DMA-nın əsas məqsədlərindən biri digər devloperlərin "Apple”ın əsas funksiyalarına, məsələn, "Siri” səs əmrləri və ödəniş çipinə çıxış əldə etməsini təmin etməkdir.

Aİ gələcəkdə DMA-ya uyğun hərəkət etmədiyi təqdirdə "Apple”a qarşı rəsmi araşdırmaya başlaya bilər, bu da nəticədə qlobal illik satışlarının 10%-nə qədər cərimələrlə nəticələnə bilər. Şirkət artıq öz "App Store” qaydalarına görə paralel bir araşdırma ilə üzləşir, bu da böyük cərimələrə səbəb ola bilər.

Bu ayın əvvəlində "Apple”, flaqman məhsulu olan "iPhone” 16-nın son versiyasını təqdim edib və orta dərəcəli təkmilləşdirmələri və hələ inkişaf mərhələsində olan süni intellekt texnologiyası ilə istehlakçıları cəlb etməyə çalışıb.

Lakin iyun ayında ABŞ nəhəngi bəzi funksiyaların, o cümlədən "Apple Intelligence”, "iPhone Mirroring” və "SharePlay Screen Sharing”in DMA tələblərinə görə Aİ-də üçüncü tərəf tətbiqləri ilə işləməsi tələb edildiyi üçün geri saxlanılacağını açıqlamışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol