• $
  • €
  • ₽
  • ₺
  • £

Haaqa məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiası üzrə dinləmələrə başlayıb

Haaqa məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiası üzrə dinləmələrə başlayıb
23.09.2024 17:37
Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi  Ukraynanın Qara dəniz, Azov dənizi və Kerç boğazında sahilyanı dövlətlərin hüquqlarına dair Rusiyaya qarşı iddiası üzrə dinləmələrə başlayıb. Bu barədə RİA Novosti xəbər verib.

Məhkəmə Krım körpüsünün tikintisi zamanı Rusiyanın ekoloji standartlara əməl etməməsi ilə bağlı Ukraynanın iddialarına baxacaq. Bundan əlavə, strukturun Azov-Kerç akvatoriyasında gəmiçiliyə təsiri, eləcə də Krım sahillərində arxeoloji və tarixi yerlərin təhlükəsizliyi ilə bağlı suallar qaldırılacaq.

Dinləmələr oktyabrın 5-dək davam edəcək. Rusiya tərəfini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri Gennadi Kuzmin təmsil edəcək.

Ukrayna Rusiyaya qarşı arbitraj prosesini 2016-cı ildə başlayıb. O, BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun olaraq həyata keçirilir. Kiyev iddiası ilə Qara dənizdə, Azov dənizində və Kerç boğazında Krıma bitişik dəniz zonalarında hüquqlarını möhkəmləndirmək istəyir.

Sentyabrın 23-də Kuzmin Ukraynanın ittihamlarını əsassız adlandırıb. O, həmçinin bəyan edib ki, Rusiya tərəfi Haaqa Arbitraj Məhkəməsindən Kiyevin iddialarını tamamilə rədd etməyi xahiş edir.
 
Aytac 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
Dünya 21:19
Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol