• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda parlament seçkilərində "Gürcü Arzusu" partiyası qalib gəlib - Yenilənib

Gürcüstanda parlament seçkilərində "Gürcü Arzusu" partiyası qalib gəlib - Yenilənib
27.10.2024 18:24
Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Nəticələrə əsasən hakim "Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs yığıb.

Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.

 09:24

Gürcüstanda parlament seçkilərində hakim Gürcü Arzusu partiyası qalib gəlib.Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili məlumat yayıb. 

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 018 (97,011%) seçki məntəqəsində səsləri hesablayıb.

Nəticəyə əsasən "Gürcü ARzusu” 54,24% səs toplayıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib.

4 qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.

 21:57

Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib.Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

Bildirilib ki, hazırda səslərin 69,94%-i sayılıb. İndiki nəticələrə görə səslər belədir:

– Gürcü Arzusu – 52,98% (921 067 səs);

– "Birlik – Milli Hərəkat” ("Vahid Milli Hərəkat”, "Aqmaşenebeli Strategiyası”, "Avropa Gürcüstanı”) – 9,08% (170 442 səs);

– Dəyişiklik üçün Koalisiya ("Axali”, "Girçi – daha çox azadlıq”, "Droa”) – 11,99% (194 662 səs);

– Güclü Gürcüstan ("Gürcüstan üçün Lelo”, "Xalq üçün”, "Azadlıq Meydanı”, "Vətəndaşlar”) – 9,04% (157 143 səs);

– Gürcüstan üçün – 8,24% (143 289 səs).

Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.

 19:30

Gürcüstanda seçkilərdə seçici fəallığı 50,6 faiz olub.Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 18.00-a olan məlumatında deyilir.

Bölgələr üzrə faiz bölgüsü aşağıdakı kimidir:
Sameqrelo-Zemo-Svaneti – 47,84%; Tbilisi – 52,42%; Kaxeti – 51,33%; Mtsxeta-Mtianeti – 51,93%; Kvemo Kartli – 42,29%; Şida Kartli – 50,67%; Samtsxe-Cavaxeti – 52,38%; Raça Leçxumi – 61,81%; İmereti -51,26%; Quriya – 53,74%; Acarıstan – 53,05%.

 09:33

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament seçkilərində səs verib.Bu barədə "Commersant.ge” məlumat yayıb.

"Mən yeni Gürcüstana, 22 il əvvəl gəldiyim Gürcüstana, əcdadlarımın dua etdiyi Gürcüstana səs verdim. Axşam hamımız qalib olacağıq. Uduzan olmayacaq, çünki Gürcüstan qalib gələcək!”, - Zurabişvili jurnalistlərə açıqlamasında deyib.

 09:05

Gürcüstanda parlament seçkiləri keçirilir.

Səhər saat 8:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3 min 111 seçki məntəqəsi açılıb. Bunlardan 3 min 44-ü Gürcüstandadır. Qalan 67-si isə 47 xarici ölkənin 53 şəhərində olacaq.

Seçkilərdə 3 milyon 508 min 294 seçici səs verə biləcək.Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər.

​Səsvermə saat 20:00-da başa çatacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol