• $
  • €
  • ₽
  • ₺
  • £

Çinin ən böyük bankiri ömürlük məhkum edilib

Çinin ən böyük bankiri ömürlük məhkum edilib
28.11.2024 15:20
Çində məhkəmə keçmiş partiya katibi və Bank of China-nın direktorlar şurasının sədri Liu Liange korrupsiya və qeyri-qanuni kreditlərin verilməsinə görə ölüm cəzasına məhkum edib.
 
Çin Xalq Respublikası Ali Prokurorluğunun məlumatına görə, o, təxminən 121 milyon yuan (16,8 milyon dollar) məbləğində rüşvət alıb.

Cəza iki il müddətinə şərti verilib. Məhkəmə Liu Lianqın ömürlük siyasi hüquqlarından məhrum edilməsi və qanunsuz yolla əldə edilmiş bütün əmlakın dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar qəbul edib.
 
İki illik müddət başa çatdıqdan sonra məhkumun bu müddət ərzində başqa cinayətlər törətmədiyi istisna olmaqla, cəza ömürlük azadlıqdan məhrum etmə ilə əvəz olunacaq.

Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Si Cinpinin başçılıq etdiyi liderlərin "beşinci nəsli”nin hakimiyyətə gəlməsi ilə daha da gücləndi. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində nəinki sıravi məmurlar, hətta yüksək vəzifəli məmurlar da tutduqları vəzifələrdən məhrum edilərək ömürlük azadlıqdan məhrum ediliblər.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol