• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək
02.12.2024 16:47
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Aİ Şurasının dekabrın 16-da Brüsseldə keçiriləcək iclasında Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər. Bu barədə Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Anita Hipper məlumat verib.

"Biz gözləyirik ki, Gürcüstandakı vəziyyət dekabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq", - o, Brüsseldə mətbuat konfransında jurnalistlərə deyib. 

Noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb.
 
Buna səbəb Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və icmadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üçün dialoqun başlanması ilə bağlı daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub. 
 
Aytac 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol