• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Abxaziyadan mandarinlərin idxalını qadağan edib

Rusiya Abxaziyadan mandarinlərin idxalını qadağan edib
06.12.2024 18:04
Rusiyanın hakimiyyət orqanları Abxaziyadan mandarinlərin idxalını qadağan edib. Bu barədə Gürcüstandan ayrılmış bölgənin "baş nazir səlahiyyətlərini icra edən" Valeri Bqanba məlumat verib.

RBK-nın verdiyi məlumata görə, Bqanba bildirib ki, qadağa sanitar xidmətlərin "ziyanlı bir milçək" səbəbilə qəbul etdiyi qərara əsaslanaraq tətbiq edilib.
 
Onun sözlərinə görə, Abxaziyanın sanitar xidmətləri sitrus meyvələrində belə həşəratları aşkar etməyib.

Noyabrda Abxaziyada Rusiya ilə yeni investisiya sazişinin təsdiqlənməsi səbəbindən kütləvi etirazlar baş verib.  Bu saziş Rusiyadan olan şirkətlərin Abxaziyada investisiya layihələri ilə məşğul olmasına icazə verilməsini nəzərdə tuturdu.
 
Etirazçılar hesab edirdilər ki, bu sazişdən sonra  yerli sakinlər maddi itkilərlə üzləşəcək. 

Etirazlar nəticəsində Abxaziyanın "rəhbəri" Aslan Bjaniya istefa vermək məcburiyyətində qalıb.
 
Dekabrın 3-də parlament Rusiya ilə investisiya sazişini ratifikasiya etməyib.
 
N.Təbrizli

























www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol