• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan - Türkiyə sərhədində bir sıra idarələrin nümayəndələrinin görüşü baş tutub

Ermənistan - Türkiyə sərhədində bir sıra idarələrin nümayəndələrinin görüşü baş tutub
10.12.2024 17:14
Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra departamentlərinin nümayəndələrinin görüşü baş tutub, lakin həmin günlərdə tərəflər görüşlə bağlı rəsmi məlumat verməyiblər. Bu barədə Ermənistan mətbuatı yazıb. 

"Görüş müsbət və konstruktiv atmosferdə keçdi", - məlumatda deyilir. 
 
İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkı arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol