• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək

Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək
13.12.2024 17:30
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn çərşənbə axşamı Suriyaya humanitar yardımın çatdırılmasını müzakirə etmək üçün  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Avropa Komissiyasının sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

"Bu gün biz ən çox ehtiyacı olanlara təcili tibbi yardım və zəruri vasitələrin çatdırılması üçün yeni "Humanitar Hava Körpüsü" əməliyyatına start veririk. Belə qeyri-sabit dövrlərdə bizim yardımımız həmişəkindən daha vacibdir. Həmçinin, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək Suriyaya humanitar yardımın gələcək tədarükünü müzakirə edəcək," -  məlumatda bildirilib.
 
Bu gün minlərlə suriyalı Üməyyə Məscidində cümə namazına qatılıb. Xütbəni ölkənin yeni baş naziri Məhəmməd əl-Bəşir şəxsən oxuyub.

Paylaşılan görüntülərdə məscidə gələnlərin əksəriyyətinin əllərində Türkiyə bayraqları tutduğu görünür. Bu, çox güman ki, Bəşər Əsəd rejiminin devrilməsində göstərilən dəstəyə görə Ankaraya təşəkkür ifadəsidir.

Bu arada, xarici teleqram kanallarının yazdığına görə, Rusiya Suriyadakı bütün kiçik bazalarından hərbi texnikasını çıxararaq Tartus və Xmeymimdəki iki böyük bazasına köçürür.

Suriyada üsyançıların uğurlu irəliləyişləri fonunda geniş əraziləri nəzarətində saxlayan kürd silahlı qruplaşmaları İsrail rəsmilərindən kömək istəyib. Bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilir ki, Bəşər Əsəd rejiminin süqutundan sonra İsrail ilə kürdlər arasındakı dialoq daha intensivləşib.

"Uçuş məkanını siz nəzarətdə saxlayırsınız, böyük Hermon dağını tərəddüd etmədən aldınız. Hamı sizdən qorxur… Biz sizin tərəfinizdəyik. Bizə kömək etməlisiniz, bu sizin maraqlarınıza uyğundur," -  "Suriya Demokratik Qüvvələri" (PKK/YPG terror təşkilatının liderlik etdiyi qruplaşma) komandirlərindən biri bildirib.

Suriyada vətəndaş müharibəsi zamanı kürdlər ölkə ərazisinin dörddə birinə nəzarət etməyi bacarıb. Son günlərdə üsyançılar kürdlərin nəzarətində olan şərqi Suriyadakı Münbic və Deyr-əz-Zor şəhərlərini, o cümlədən hava limanını və İraqla sərhəddə yerləşən strateji əhəmiyyətli Əl-Bukamalı geri alıblar. Şimal-şərqdə isə kürdlər Eyn-İssanı itirərək üsyançılarla atəşkəs razılaşmasına gəliblər.
 
N.Təbrizli





































www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol