• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda prezident and içib

Gürcüstanda prezident and içib
29.12.2024 12:53
Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvili and içərək, rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb. Bu barədə Sputnik Near Abroad Telegram kanalı məlumat yayıb.

Mərasim respublika parlamentinin binasındakı plenar zalda baş tutub.

"Mən Gürcüstan Prezidenti, Allah və xalq qarşısında and içirəm ki, Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini müdafiə edəcəyəm, Prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyəm, təhlükəsizliyin və rifahın qayğısına qalacağam”, - Kavelaşvili tədbir zamanı deyib.

Gürcüstanda prezident seçkiləri bu il dekabrın 14-də keçirilib. Müxalifət partiyaları səsverməni boykot edərək öz namizədlərini irəli sürməyiblər.
 
Nəticədə ölkədə ən yüksək siyasi vəzifəyə yeganə iddiaçı "Xalqın Gücü” partiyasını təmsil edən Mixail Kavelaşvili olub.

Bu günə qədər onun seçilməsini dünyanın yalnız beş ölkəsi və hakim Gürcü Arzusu partiyası tanıyıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol