• $
  • €
  • ₽
  • ₺
  • £

Tokayev qəzada peşəkarlıq göstərən əməkdaşlarını mükafatlandırıb

Tokayev qəzada peşəkarlıq göstərən əməkdaşlarını mükafatlandırıb
29.12.2024 19:58
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktau hava limanı yaxınlığında qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirak edən qazaxıstanlıları mükafatlandırıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sərəncamın mətnində qeyd olunur ki, mükafatlar "təyyarə sərnişinlərinin xilas edilməsində peşəkarlıq və vətəndaşlıq məsuliyyəti nümayiş etdirdiklərinə görə” "Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları”na verilib.
 

Dekabrın 28-də Tokayev bildirib ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin həkim briqadaları və mütəxəssisləri Aktau hava limanında təyyarə qəzasının daha ciddi nəticələrinin qarşısını alıblar. O, həkimlərin, xilasedicilərin və könüllülərin fədakar əməllərini qeyd edib, onlara Rusiya, Qırğızıstan və Azərbaycan sakinləri öz minnətdarlıqlarını bildiriblər . Bundan əlavə, Tokayev görkəmli mütəxəssislərin dövlət mükafatlarına təqdim edilməsi barədə göstəriş verib.

Dekabrın 25-də səhər saatlarında "Azərbaycan Hava Yolları” QSC -nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya  uçan "Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol