• $
  • €
  • ₽
  • ₺
  • £

Putin rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edəcək

Putin rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edəcək
29.12.2024 21:17
Rusiya prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqlarının rus məktəblərinə qəbulunu qadağan edən qanunu imzalayıb. Müvafiq sənəd normativ hüquqi aktlar portalında dərc olunub.

Qanunun müəllifləri Dövlət Dumasının sədri Vyaçeslav Volodin, spikerin müavini İrina Yarovaya, həmçinin Dövlət Dumasının müvafiq komitə və fraksiyalarının rəhbərləri olub.

Qanuna görə, ibtidai, əsas və orta ümumi təhsil proqramlarını mənimsəmək üçün kifayət qədər rus dili biliyi üzrə test imtahanından keçməyən miqrantların övladlarının bu proqramlarda təhsil almasına icazə verilmir. Sənəd Rusiyada qeyri-qanuni olan miqrantların uşaqlarının məktəbə qəbuluna qadağa da təqdim edir.


Rosobrnadzor testlərin keçirilməsində metodiki dəstək göstərəcək, diaqnostika materialları hazırlayacaq, rus dili biliyinin qiymətləndirilməsi meyarlarını və testin uğurla başa çatmasını təsdiqləyən minimum balları müəyyən edəcək.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, cari tədris ilinin əvvəlində miqrant uşaqların 41%-i rus dilində çətinliklə üzləşib. kun.uz xəbər verir ki, onun fikrincə, rus dilini bilmək keyfiyyətli təhsil və uğurlu sosiallaşma üçün zəruri şərtdir.
 
Aytac

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol