Suriya və İraqın şimalında 36 terrorçu zərərsizləşdirilib
05.01.2025 21:00
Türkiyə ordusu Suriya və İraqın şimalında 36 terrorçunu zərərsizləşdirib.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriyanın şimalında müəyyən edilən 32 PKK/YPG terrorçusu, İraqın şimalında isə 4 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Harada olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.”, - məlumatda deyilir.