• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Tramp arasında görüş üçün hazırlıqlar davam etmir - Peskov

Putin və Tramp arasında görüş üçün hazırlıqlar davam etmir - Peskov
13.01.2025 14:37
Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında danışıqlara hazırlıq görülmür. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. 

Jurnalistin Moskvanın Putin və Tramp arasında danışıqlar üçün hansı platformalara üstünlük verməsi ilə bağlı sualına cavab olaraq Peskov deyib ki, hər hansı təmaslar barədə danışmaq hələ tezdir.

"Hələlik heç bir hazırlıq yoxdur, bu cür təmasların zəruri və məqsədəuyğun olacağına dair bəyan edilmiş anlaşma və siyasi iradə var.”, – Peskov izah edib.

Bundan əvvəl Euractiv portalı yazmışdı ki , Avropa İttifaqı Putin və Tramp arasında avropalıların iştirakı olmadan birbaşa danışıqlardan ehtiyat edir.

Portalın mənbələrə istinadən yazdığı kimi, hazırda danışıqların formatı ilə bağlı planlar yoxdur, lakin Aİ ölkələrinin xarici işlər nazirlərinin yanvarın 27-də, bir həftə sonra baş tutacaq görüşündən sonra vəziyyət dəyişə bilər. 
 
Aytac 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol