• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər

Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
24.01.2025 16:17
Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) üzvü və sağçı populist Böyük Britaniyanın "İslahat” partiyasının lideri Rupert Lou ölkənin səs-küylü qətlindən sonra ölüm hökmünün geri qaytarılmasını nəzərdən keçirməyi təklif edib. Bu barədə Lou öz sosial hesabında yazıb. 

"Məncə, müstəsna hallarda ölüm hökmünün tətbiqi ilə bağlı milli müzakirələrin vaxtı çatıb. Bu, müstəsna haldır”, -  deputat X-də yazıb. 

Britaniya 1998-ci ildə İnsan Haqları Aktı qüvvəyə mindikdən sonra ölüm hökmünü ləğv edib. Ölkədə sonuncu dəfə belə cəza 1964-cü ildə qətl və quldurluqda təqsirli bilinən Qvin Evans və Piter Allenə tətbiq edilib.

Yanvarın 23-də Britaniya məhkəməsi 18 yaşlı Ruandalı yeniyetmə Aksel Rudakubaneni İngiltərənin şimalındakı Sautportda üç qızı qətlə yetirməkdə təqsirli bilinərək minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edib. 

Hökm Rudakubane-nin 52 ildən sonra şərti azadlığa buraxılması üçün müraciət edə biləcəyini bildirir.
 
Gülnar 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol