• $
  • €
  • ₽
  • ₺
  • £

Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib

Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
26.01.2025 22:00
Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

 ***

Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.Bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

 12:40

Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.Bu barədə BELTA məlumat yayıb.

"Lukaşenko prezident seçkilərində səs verib", - məlumatda deyilir.

Bu gün Belarusda prezident seçkiləri keçirilir. Saat 8:00-dan 20:00-dək açıq olacaq seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub. Ölkədə 5 mindən çox seçki məntəqəsi, o cümlədən bir sıra sosial obyektlərdə: xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində təchiz olunmuş seçki məntəqələri təşkil edilib.

 09:40

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.Bu barədə BELTA xəbər verib.
 
Səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.

Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol