• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Zelenski aprel və mayda danışıqlara başlaya bilər - Hürriyet

Putin və Zelenski aprel və mayda danışıqlara başlaya bilər - Hürriyet
27.01.2025 10:05
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar  aprel-mayda başlaya bilər. Bu barədə Türkiyənin Hürriyet nəşri yazıb. 


Nəşrin köşə yazarı Abdyülkadir Selvinin sözlərinə görə, sülh danışıqlarından əvvəl atəşkəs elan ediləcək. Danışıqlar prosesinin özündə Türkiyə "müəyyən missiya”nı üzərinə götürə bilər və prezident Rəcəb Tayyib Ərdoğana vasitəçi rolu verilə bilər, çünki o, həm Rusiya prezidenti Vladimir Putin , həm də Ukrayna rəhbəri Vladimir Zelenski ilə ünsiyyət qura bilən yeganə siyasətçidir. 


O, 2022-ci ildə İstanbulda Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların necə aparıldığını xatırladıb, lakin ABŞ və Böyük Britaniyanın müharibəni davam etdirmək istəyinə görə o zaman razılıq əldə oluna bilməyib.


"İndi sülh istəyən Tramp və Putin var. Amerika dəstəyini itirən Zelenskinin danışıqlar masasından qaçmaq şansı yoxdur”, - Selvi yekunlaşdırıb.


Yanvarın 24-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna üzrə, o cümlədən ABŞ-la danışıqlara hazırdır. Eyni zamanda, Rusiya lideri Zelenskinin Rusiya Federasiyası ilə danışıqları qadağan edən fərman verdiyini xatırladıb.
 
Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından başlayıb. Hazırda iki ölkə arasında gərginlik davam edir. Rusiyanın Ukraynaya hücumu nəticəsində ABŞ və Avropa Rusiyaya qarşı sərt sanksiyalar qoyub.
 
Gülna r

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Dünya 16:18
İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol