• $
  • €
  • ₽
  • ₺
  • £

İran Tramp ilə danışıqlardan imtina edb

İran Tramp ilə danışıqlardan imtina edb
12.02.2025 14:34

Tehran Vaşinqtonla danışıqlardan imtina edib. Buna səbəb prezident Donald Tramp administrasiyasının məsələni diplomatik yolla həll etməyə hazır olmamasıdır. Bu barədə İran hökumətinin nümayəndəsi Fatimə Möhacirani bildirib. 

Bundan əvvəl Tramp İranla nüvə məsələsi üzrə razılaşmağı “onu yerlə bir etməkdən” daha yaxşı olduğunu bildirib. 

"Danışıqlar müəyyən şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimal təzyiq siyasəti heç bir şəkildə danışıqlara kömək etmir. Biz qarşı tərəflə danışıqlara ‘yox’ deyirik, çünki onlar diplomatiya dilini anlamırlar. Dünya gördü ki, İranın səyləri nəticəsində Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalandı, lakin hər şey məhz onların birtərəfli çıxışı ilə başa çatdı”, – deyə Fatimə Möhacirani mətbuat konfransında bildirib. Onun sözlərini İran mediası yayıb.

Bundan əvvəl İranın müdafiə naziri Əziz Nasirzadə Donald Tramp administrasiyası ilə danışıqlar aparmağın mümkünsüz olduğunu bəyan edib.

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, “ABŞ prezidenti İran xalqına qarşı maksimal təzyiq siyasətinə qayıdıb”.

İran prezidenti Məsud Pəzeşkiyan isə bu həftə bildirib ki, Donald Tramp danışıqlara hazır olduğunu ifadə etsə də, "İrana qarşı yeni sərəncamlar imzalamağa davam edir”.

Beləliklə, ABŞ prezidenti İrana qarşı "maksimal təzyiq" siyasətinin bərpasına dair sərəncam imzalayıb. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi isə bəyan edib ki, "maksimal təzyiqə" cavab İranın "maksimal müqaviməti" olacaq.

N.Təbrizli


 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol