• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın siyasəti Maska da əngəl törədir

Trampın siyasəti Maska da əngəl törədir
16.04.2025 15:04

Tesla, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Çin mallarına tətbiq olunan yüksək tariflər səbəbindən Cybercab elektrik taksisi və Semi yük avtomobili üçün Çindən komponent tədarükünü dayandırmaq məcburiyyətində qalıb. Bu barədə Reuters agentliyi, məsələ ilə tanış mənbələrə istinadla xəbər yayıb.

“Bu addım Tesla-nın kütləvi istehsala başlamaq planlarını pozaraq, İlon Maskın investorlar qarşısında əsas innovativ layihə kimi təqdim etdiyi modellərin buraxılışını təxirə sala bilər,” – agentlik yazır.

Şirkət əvvəlcə 34 faiz tariflə yaranan xərcləri qarşılamağa hazır idi. Lakin tariflərin əvvəlcə 84 faizə, sonra isə 125 faizə qədər artırılması nəticəsində ümumi vergi yükü 145 faizə çatıb və bu da komponentlərin idxalını iqtisadi baxımdan mümkünsüz dib. Nəticədə, istehsal prosesi dayandırılıb.

Tədarüklərin yaxın aylarda başlaması planlaşdırılırdı. Sınaq istehsalı oktyabrda, kütləvi buraxılış isə 2026-cı ildə nəzərdə tutulurdu. Cybercab Texasda, Semi isə Nevadada istehsal olunmalı idi.

Hadisə Trampın siyasətinin, hətta onu dəstəkləyən İlon Mask kimi şəxslərə belə, necə mənfi təsir göstərə biləcəyini ortaya qoydu.

Washington Post daha əvvəl yazmışdı ki, Mask Trampa şəxsən müraciət edərək yeni tariflərin ləğvini xahiş edib və bu tədbirlərin qlobal təchizat zəncirinə risk yaratdığını bildirib.

Bundan əlavə, Tesla Çinin ABŞ məhsullarına 125 faiz cavab rüsumu tətbiq etməsindən sonra Model S və Model X avtomobilləri üçün sifariş qəbulunu dayandırıb.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol