• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilləri yumruq davasına çıxdı

Millət vəkilləri yumruq davasına çıxdı
11.01.2014 11:53
Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının iclasında millət vəkilləri yumruq davasına çıxıblar.Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, qalmaqal "Hakim və prokurorların Ali Şurası haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan təklifin müzakirəsi zamanı baş verib.Komissiya sədri Əhməd İyimaya təklifin Konstitusiya və Plan və büdcə komissiyalarına həvalə edildiyini bildirib.Müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri buna etirazlarını bildiriblər. Sonra hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri işə qarışıblar. Qalmaqal parlament üzvləri arasında yumruq davasına qədər böyüyüb.Komissiya sədri iclası yarımçıq dayandırıb.Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bundan əvvəl bildirmişdi ki, hazırda Türkiyədə hüquq mexanizmlərinə nəzarət etmək mümkün deyil və Hakim və prokurorların Ali Şurasının üzvlərinin səlahiyyətlərindən sui-istifadə etmələri cəzasız qalır: "Biz bu çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Həmin qanuna dəyişikliklər edilməsi haqqında qərar Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilməlidir".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol