• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ “Azadlıq Radiosu” üçün 5,5 milyon avro ayırıb

Aİ “Azadlıq Radiosu” üçün 5,5 milyon avro ayırıb
21.05.2025 08:55

Avropa İttifaqı (Aİ) “Azadlıq Radiosu”nun fəaliyyətini dəstəkləmək məqsədilə 5,5 milyon avro ayırıb. Bu barədə Aİ-nin diplomatik rəhbəri Kaya Kallas xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Nazirlər “Azadlıq Radiosu” üçün maliyyə ayırmaq barədə razılığa gəldilər”, — Kallas deyib.

Onun sözlərinə görə, bu vəsait Aİ-nin qonşuluq ölkələrində, o cümlədən Şimali Qafqaz və Mərkəzi Asiyada radiostansiyanın yayım fəaliyyətini davam etdirməsi məqsədi daşıyır.

Kallas əlavə edib ki, bu qərar qısamüddətli maliyyələşdirməni əhatə edir və Aİ ölkələri gələcəkdə uzunmüddətli dəstək mexanizmini razılaşdırmalıdırlar.

Martın 14-də ABŞ prezidenti Donald Tramp “Azadlıq Radiosu” və “Amerikanın səsi”nin daxil olduğu ABŞ Qlobal Media Agentliyinin fəaliyyətini məhdudlaşdırmaq üçün sərəncam imzalayıb.

N.Təbrizli

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol