• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrabın ortağından Türkiyə ilə bağlı MARAQLI AÇIQLAMA

Rza Zərrabın ortağından Türkiyə ilə bağlı MARAQLI AÇIQLAMA
29.05.2020 09:10

Türkiyədə səs-küyə səbəb olan “Böyük rüşvət” əməliyyatında açar şəxs hesab olunan Rza Zərrabın ortağı olduğu iddia edilən iranlı milyarder Babək Zəncani bu ilin sentyabr ayında İranda yayımlanan “Aseman” adlı həftəlik jurnala Türkiyə ilə əlaqələrindən bəhs edib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, Türkiyədə qeyri-qanuni yolla milyonlar qazandığını, eləcə də Türkiyə vətəndaşı olduğunu iddia edib.Zəncaninin Türkiyə ilə bağlı fikirlərindən bəzi hissələr:“1974-cü ildə dünyaya gəlmişəm. İranda Konservatoriyanı oxudum. 13 -14 yaşında ticarətə qoşuldum, zərgərlik və valyuta bürosu ilə məşğul oldum. Atam “eBay”ın qurucularındandır. Ailəm varlı idi. Əsgərlikdə Mərkəzi Bankın sədri Mohsen Nourbakhsın sürücüsü işlədim. Hər gün 17 milyon dollar əlimdən keçirdi. Nourbakhs öləndən sonra Türkiyəyə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollara satırdım. İranlı birinin yardımı ilə heç tanımadığım bir kişiyə 4 milyon dollarlıq mal göndərdim, pulumu ala bilmədim və müflisləşdim. Evin həbsxanasına salındım. Orada türkcə öyrənməyə başladım.  İkil ildən sonra azadlığa çıxdım. Qeyri –qanuni yollarla Türkiyəyə girərək pulumun izinə düşdüm. İzmirə getdim. Bütün pullarımı geri aldım. Geri qayıdanda İnqilab Gözətçiləri tərəfindən saxlanıldım və yenidən həbxsanaya düşdüm. 16 gün həbsdə qaldıqdan sonra pul müqabilində sərbəst buraxıldım. Daha sonra İzmirə getdim. Burada Böhran İdarəçiliyini oxudum, eyni zamanda idxal –ixrac biznesinə qoşuldum. Diş pastası, saqqız, ətir, şampun kimi ləvazimatları İrana göndərdim. Türkiyə pasportu aldım. Onlarla kiçik şirkətlər qurdum. İzmirdə çox böyük anbar kirayələdim, biznesim 150 milyon dollara yüksəldi.İranda kosmetika fabrikası qurmaq istədim, lakin banklar icazə vermədilər. Mən də bir türkiyəli bankçı ilə tanış oldum. Ticarəti banklar vasitəsilə etməli olduğumu söylədi. Mənə bu işin yollarını, bankdan necə kredit götürə biləcəyimi izah etdi. Türkiyədəki şirkətlərimi böyütdüm, “Kont Kozmetik” şirkətini qurdum.İnqilab Gözətçilərinə məxsus “Ghadir” adlı investisiya şirkəti 40 milyon dolları xaricə çıxarmağı təklif etdi. Mən bə bir neçə gün ərzində bu işi həll etdim. İran hökuməti ilə iş görməyin yollarını öyrəndim. Türkiyədəki şirkətlərdən qazandığım pullarla Tacikistanda “Kont Bank”ı, daha sonra Malayziyada “Firs İslamic Bank”ı qurdum. Bu ilin aprel ayında ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində qara siyahıya salındım. Türkiyə pasportumu itirdim".ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol