27 yaşlı tələbə oğlan xarici işlər naziri oldu - AVROPADA

Sebastian Kurts Avstriyanın xarici işlər nazirliyinə rəhbər təyin olunub. Modern.az saytı Avstriya KİV-nə istinadən bildirir ki, o, ölkə tarixində ən gənc nazir olacaq. Onun 27 yaşı var və hələ də hüquq fakültəsində təhsil alır. Kurts Avstriyanın sağ mərkəzçi Xalq Partiyasının gənclər bölməsinin rəhbəridir, bundan əvvəlki kabinetdə inteqrasiya üzrə dövlət katibi işləyib. O, Vyanada anadan olub, anası məktəbdə müəllimə, atası mühəndis işləyir.
Modern.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















