• $
  • €
  • ₽
  • ₺
  • £

“Dostlarımıza bunu etməməyi tövsiyə edirəm”- Hakan Fidan

“Dostlarımıza bunu etməməyi tövsiyə edirəm”- Hakan Fidan
23.01.2026 23:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “On the Record” proqramında tanınmış jurnalist Hedli Qembla eksklüziv müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, nazir İranın coğrafi baxımdan böyük və qonşu dövlət olduğunu xatırladaraq, orada baş verənləri Türkiyəni yaxından maraqlandırdığını vurğulayıb.

H. Fidan İranın sabitliyinin bütün region üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edərək, həm Tehrana, həm də beynəlxalq birliyə problemləri güc tətbiqi ilə deyil, dialoq yolu ilə həll etməyi tövsiyə edib.

Nazir Vaşinqton administrasiyasının gündəmə gətirdiyi “yeni kinetik müdaxilə” ehtimalına toxunaraq, bunun həll yolu olmadığını bildirib:

“Dostlarımıza bunu etməməyi tövsiyə edirəm. Çünki onsuz da İrana çox böyük təzyiq tətbiq olunur. Sanksiyalar İran iqtisadiyyatına ciddi zərər verir və ölkədəki nümayişlər də bununla əlaqəlidir”.

İrandakı etirazlar və müxalifət barədə danışan Fidan qeyd edib ki, beynəlxalq sistemlə yaşanan problemlər səbəbindən Tehranın öz xalqına geniş iqtisadi imkanlar təqdim etməsi çətindir:

“İran müəyyən imkanlar əldə etmək üçün xarici və təhlükəsizlik siyasətində bəzi reformlara getməli olsa da, hakimiyyət dəyişikliyi ehtimalına inanmıram”.

Sonda Hakan Fidan İranın danışıqlara hazır olduğunu, lakin bunun üçün doğru yolun tapılmasının vacibliyini qeyd edib:

“İran özünü küncə sıxılmış hiss etsə, ən pis ssenariyə hazır olacaq. Əgər problemi həll etmək üçün tək bir səmimi niyyət varsa, deməli, ortada bunun üçün fürsət də mövcuddur”

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol