• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur

Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
27.04.2026 09:29

Ukrayna hərbi kəşfiyyatı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak edən bəzi hərbçilər arasında qida çatışmazlığı səbəbindən kannibalizm hallarının baş verdiyini iddia edir. Bu barədə The Sunday Times nəşri məlumat yayıb.

Məlumata görə, iddialar təxminən onlarla rus zabiti tərəfindən ələ keçirilmiş fotoşəkillər və səs yazıları əsasında irəli sürülüb. Nəşr ən azı beş belə hadisənin qeydə alındığını bildirir.

Bildirilir ki, hadisələrdən biri 2025-ci ilin noyabrında Ukraynanın Donetsk vilayətinin Mirnoqrad şəhəri yaxınlığında baş verib. İddialara əsasən, rus ordusunun bir bölməsində xidmət edən hərbçi iki əsgər yoldaşını öldürərək onların cəsədlərindən istifadə etməyə cəhd edib. Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı görüntülər xüsusi proqram təminatı vasitəsilə analiz edilib və manipulyasiya izləri aşkar olunmayıb.

Müstəqil hərbi cərrahın ilkin rəyinə görə, təqdim edilən xəsarətlər döyüş yaralarına bənzəmir və kəsici alətlə yetirildiyi ehtimal olunur. Səs yazılarında isə bəzi zabitlərin əsgərlərin ciddi qida çatışmazlığı ilə üzləşdiyini bildirdiyi qeyd edilir.

Digər şifrəli mesajlarda da oxşar iddiaların yer aldığı bildirilir. Ukrayna tərəfi əsir götürülən rus hərbçilərinin sayının artmasını da təchizat problemlərinin göstəricisi kimi qiymətləndirir.

ABŞ-ın keçmiş hərbi rəsmilərindən biri, Bradley Martin, Rusiya ordusunda logistik problemlərlə bağlı məlumatların əvvəlki hesabatlarla uyğunluq təşkil etdiyini qeyd edib.


Rusiya tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib. 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol